Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. “Mersedes” və “Şevrolet” markalı minik avtomobilləri toqquşub.


Zərbənin təsirindən idarəetmədən çıxan “Şevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Dördpendirli pizza


Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.\APA



Telegram kanalımız