Qusar rayonundakı Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində meyit tapılıb.


"Yeni Sabah" xəbər verir ki, ölən şəxsin 1976-cı il təvəllüdlü Bakı sakini Səadət Həsənova olduğu müəyyən edilib.


Meyitin üzərində bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər aşakarlanıb. Marqarita pizza


Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakıda 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra o, cəsədi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.


Hazırda K.Seyidov saxlanılıb.



Telegram kanalımız