İranın Ali Rəhbəri Seyyid Müctəba Xamenei 2 dəfə ölümdən dönüb.


"Yeni Sabah" xəbər verir ki, bunu Xuzistan əyalətinin Ekspertlər Şurasının nümayəndəsi Mohsen Heydəri "Əl-Arabi TV"-yə müsahibəsində bildirib.


Onun sözlərinə görə, fevralın 28-də başlayan ABŞ-İsrail təcavüzü zamanı Müctəba Xamenei atası ilə birlikdə Rəhbərlik dəftərxanasənda olub:  pizza sifarişi


"O, Ramazan ayında baş verən hücumda yaralanıb. Müctəba Xameneinin  yaralandığı və xəstəxanaya aparıldığı təsdiqləndikdən sonra Tehrandakı 3 xəstəxanaya hava hücumü edilib. Ayətullah Xamenei sayca üçüncü xəstəxanada olub və dağıntılar altından çıxarılıb", - deyə Möhsen Heydəri qeyd edib.


Heydəri vurğulayıb ki, martın 8-də Ekspertlər Şurasının iclasında yeni Ali Rəhbər seçilərkən Müctəba Xameneinin sağ-salamat olduğuna dair dəqiq məlumatdan sonra onun namizədliyi müzakirəyə çıxarılıb.


Xatırlatma: fevralın 28-dı İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei şəhid olub. Bundan sonra ölkəyə prezident, parlament sədri və məhkəmə hakimiyyəti başçısından ibarət üçlük rəhbərlik edib. Martın 8-də Müctəba Xamenei İslam Respublikasının yeni Ali Rəhbəri seçilib.


Möhsen Heydərinin bir müddət əvvəl verdiyi izaha görə, Ekspertlər Şurasında daha 2 namizəd nəzərdən keçirilib: Ayətullah Laricani və Ayətullah Ərafi. Lakin əksəriyyətin rəyi ilə Müctəba Xamenei lider seçilib. 


Əziz Rzazadə



Telegram kanalımız