Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələrin istehsalı müəssisəsində baş verən yanğında 5 nəfər ölüb, 1 nəfər yaralanıb.


"Yeni Sabah" xəbər verir ki, zavod Pereslavl-Zalesski bələdiyyə dairəsinin Kubrinsk kəndində yerləşir.


"Uçmuş konstruksiyaların söküntüsü zamanı həlak olan beş nəfərin meyiti aşkarlanıb. Ayağından xəsarət alan bir qadın təcili yardım briqadasına təhvil verilib", - Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsinin bəyanatında bildirilib. Dominos pizza


Müəssisənin ərazisində iki binanın alovlandığı qeyd olunur. Yanğının söndürülməsində 100-dən çox insan və 40 ədəd texnika iştirak edir. Yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər, işlər davam etdirilir./Report



Telegram kanalımız