Abşeron rayonunun Masazır kəndində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Məlumata görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. pizza


Yanğın yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin mətbəxində baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinə imkan verilmədən yanğın qısa müddətdə söndürülüb.


Hadisə zamanı xəsarət alan olmayıb.


Aytac Əliyeva



Telegram kanalımız