Ermənistan hökuməti son nəticəyə - sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə qədər ictimai sülhə inam yaratmalıdır.


"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.


O əmin edib ki, sülh artıq reallığa çevrilib, lakin hələ tam institusionallaşmayıb. Paşinyanın sözlərinə görə, hökumət ictimai gözləntiləri qarşılamalı və prosesi başa çatdırmalıdır: Dominos pizza


"Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi Ermənistan hökumətinin prioritetləri arasında olmalıdır".


"Ara mərhələyə çatmışıq. Biz son mərhələyə doğru irəliləməliyik", - deyə Paşinyan əlavə edib.


Baş nazir sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi zərurəti kontekstində Baş nazir TRIPP layihəsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, Türkiyə ilə münasibətlərin normallaşması prosesi, Şimal-Cənub magistral yolunu və "Sülh kəsişməsi" layihəsini xüsusi qeyd edib.



Telegram kanalımız