Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var.


"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, "Jiquli" markalı avtomobillə digər minik maşını toqquşub. Marqarita pizza


İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər - Saatlı rayon sakinləri, 1973-cü il təvəllüdlü Kərimova Arzu İdris qızı, 2018-ci il təvəllüdlü Vəlizadə Zeynəb Vəli qızı, 2011-ci il təvəllüdlü Ağamalıyev Adəm Rafiq oğlu və Hacıqabul rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndərov Pərviz Ramiz oğlu yaralanıb.


Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır./Report.az



Telegram kanalımız