ABŞ Prezidenti Donald Tramp İraqdakı son hərbçilərinin də ölkədən çıxarıldığını açıqlayıb.


“Yeni Sabah” xəbər verir ki, Tramp sosial şəbəkə hesabında ABŞ qüvvələrinin İraqdan tamamilə çəkilməsindən məmnunluğunu ifadə edib.


O bildirib ki, 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə başlayan proses onun rəhbərliyi ilə başa çatıb.  pizza


Tramp ABŞ-nin İraqa İŞİD-lə mübarizə aparmaq üçün getdiyini, artıq ölkədə qalmağa ehtiyac olmadığını deyib.


ABŞ Mərkəzi Komandanlığı da sentyabrın 30-da Ərbil Hava Bazasından ABŞ hərbçiləri və texnikasının çıxarılmasının tamamlandığını və İraqdakı “Inherent Resolve” əməliyyatının başa çatdığını açıqlayıb.


Aydan Hacı 


 



Telegram kanalımız