Uçuş zamanı kapitana hücum edən "FlyDubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə İsraildə təyyarəni yerə çırpmağı planlaşdırdığını etiraf edib.


"Yeni Sabah" ABC News-a istinadla xəbər verir ki, bunu istintaqla tanış olan mənbələr bildirib.


"Şübhəli hadisəni araşdıran orqanlarla əməkdaşlıq edir", - deyə onlar qeyd edib. Sezar pizza


Pilotun şəxsiyyəti müəyyən edilib. Mənbələr onu 29 yaşlı Həmam əl-Hammami kimi təqdim edirlər.


ABC News-a danışan rəsmilərin sözlərinə görə, əl-Hammami 2024-cü ildə "Oman Air"-də təcrübəçi ikinci pilot kimi işləyib. Müstəntiqlər hələ də şübhəlinin sonradan "FlyDubai"-da uçuş üçün necə icazə aldığını və İsrailə gedən təyyarədə necə ikinci pilot kimi qaldığını müəyyən etməyə çalışırlar.


Əl-Hammami Səudiyyə Ərəbistanından BƏƏ-yə köçürülüb və orada onun terrorizmlə əlaqəsi ilə bağlı istintaq başlayıb. İsrail rəsmilərinin Əmirliklərə gələrək şübhəlinin əlavə dindirilməsində iştirak etməsi gözlənilir.



Telegram kanalımız