Rusiya ilə Azərbaycan arasında hava əlaqəsi daha da intensivləşir.


“Yeni Sabah” xəbər verir ki, “Aeroflot” aviaşirkəti qış mövsümü çərçivəsində Moskva-Bakı marşrutu üzrə reyslərin sayını artırır.


Oktyabrın 25-dən tətbiq olunacaq yeni cədvələ əsasən, həftəlik uçuş sayı 14-dən 17-yə qaldırılacaq. Xüsusilə cümə axşamı, cümə və bazar günlərinə əlavə olunan reyslər sayəsində həmin günlərdə paytaxtlar arasında gündə 3 dəfə uçuş həyata keçiriləcək. pizza hut


Rusiyalı daşıyıcı hazırda Moskvadan Bakı ilə yanaşı Gəncəyə də müntəzəm uçuşlar təşkil edir. Cari ilin ilk 9 ayında aviaşirkətin Azərbaycan marşrutu üzrə daşıdığı sərnişin sayı 245 min nəfərə çatıb.



Telegram kanalımız