İstanbulun Başakşehir rayonunda məktəbdə bıçaqlı hücum olub, 8 şagird yaralanıb.


“Yeni Sabah” xəbər verir ki, hadisə oktyabrın 6-da Kayaşehirdə yerləşən Şeyh Şamil İmam Hatip Orta məktəbində baş verib.


Başqa məktəbdə oxuyan 15 yaşlı qız məktəbə gələrək şagirdlərə bıçaqla hücum edib. Yaralananlardan 7-si qızdır. Onlardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğu bildirilib. pizza mizza


Hücumda şübhəli bilinən 15 yaşlı qız saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır. 


Aydan Hacı 



Telegram kanalımız