"Paramount Skydance" "Warner Bros. Discovery" şirkətinin 110 milyard dollarlıq satınalmasını başa çatdıraraq "Skydance" adlı yeni nəhəng media şirkəti yaradıb.


"Yeni Sabah" xəbər verir ki, məlumatı "Reuters" yayıb.


Yeni şirkət "Missiya: Mümkün deyil", "Harri Potter" və "DC Studios" kimi məşhur layihələrin studiyalarını CBS, CNN, "Paramount+" və "HBO Max" platformaları ilə birləşdirir. Marqarita pizza


Şirkətə baş direktor Devid Ellison rəhbərlik edəcək, "Mattel" şirkətinin keçmiş rəhbəri İnon Kreits isə həmsədr təyin olunub. Yeni şirkətin qarşısında 6 milyard dollarlıq qənaət əldə etmək vəzifəsi dayanır.


"Birləşdirilmiş şirkətin ümumi borc yükünün təxminən 80 milyard dollar olacağı gözlənilir. Şirkət həmçinin "HBO Max" və "Paramount+" platformalarını vahid yayım xidmətində birləşdirməyi planlaşdırır./Oxu.az



Telegram kanalımız