Azərbaycanda hamilə qadın evdə əri tərəfindən döyülüb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə ginekoloq Şəfəq Kamilova sosial şəbəkə hesabında paylaşım edib.


O bildirib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra fiziki şiddətə məruz qalıb: pizza


"Dünən arzuolunan hamiləlik ailə münaqişəsinə qurban getdi. Oğlan qızı döyüb, evdə söz-söhbət... Qadından qan gəlib. Həkimə də aparmayıblar ki, düzələcək. Qızın anası gəlib aparıb klinikaya".


Ginekoloqun sözlərinə görə, o, başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib:


"Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib. Nə qədər çalışsam da, qadını abortdan yayındıra bilmədim".



Telegram kanalımız