Fransa Xarici İşlər Nazirliyi İran səfirini XİN-ə çağırıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransa XİN-in sözçüsü Paskal Konfavrön məlumat verib.


Məlumata görə, səfir Fransada şagirdlərin və məktəb işçilərinin etiraz aksiyaları ilə bağlı İranın yalan məlumatlar yayması səbəbindən XİN-ə dəvət olunub: Marqarita pizza


"Səfirə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yalan məzmunun yayılmasının tamamilə qəbuledilməz olduğu bildirilib".


Həmçinin Fransa səfirinin də İran XİN-ə çağırılmasının əsassız olduğu qeyd olunub./Axar.az



Telegram kanalımız