Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq.


"Yeni Sabah" Ajans.az-a istinadən xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür.


Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Dominos pizza


Nəticədə noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.


Qeyd edək ki, bununla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilib.



Telegram kanalımız