Vladimir Putinlə görüşdə İran Prezidenti Məsud Pezeşkian Tehran-Moskva əlaqələrinin davamlı olaraq genişləndiyini vurğulayıb.


“Yeni Sabah” IRNA-ya istinadla xəbər verir ki, o, Rusiya Prezidenti ilə Türkmənistanda keçirilən MDB liderlərinin zirvə toplantısı və Xəzər Dənizi Ətraf Mühit Zirvəsi çərçivəsində görüşüb.


M.Pezeşkian ABŞ-İran gərginliyində Rusiyanın mövqeyini yüksək qiymətləndirib: pizza


“Həm regional səviyyədə, həm BMT-də dəstəyinizə yüksək dəyər veririk. Səylərimiz müharibəyə son qoymaq və İran xalqının hüquqlarının beynəlxalq hüquq çərçivəsində hörmət edilməsini təmin etməkdir”.


V.Putin müharibəyə son qoymaq üçün Tehranın yeni təkliflərinə toxunub: “Moskvanın bu məsələdəki mövqeyi tamamilə aydındır və Rusiya bunu diplomatiya yolu ilə həll etmək üçün bütün səylərini göstərəcək”.



Telegram kanalımız