MDB Dövlət Başçıları Şurası Türkmənistanda keçirilən iclasda Birlik üzv dövlətlərində 2030-cu il əhali siyahıyaalmaları ilə bağlı qərar qəbul edib.


"Yeni Sabah" xəbər verir ki, əhali siyahıyaalmalarının əsas nəticələrinin ölkələrarası müqayisəsini təmin etmək məqsədi daşıyır.


Qərara əsasən, 2030-cu il milli əhali siyahıyaalma proqramlarına daxil ediləcək sosial-iqtisadi və miqrasiya göstəricilərinin siyahısı razılaşdırılmalın və 2027-ci ildə təsdiq edilməlidir. Marqarita pizza


Qətnamə layihəsini MDB Dövlətlərarası Statistika Komitəsi təqdim edib.


Ölkə rəhbərləri tərəfindən təsdiqlənən sənəddə MDB üzv dövlətlərində növbəti əhali siyahıyaalmalarının 2030-cu ilə mümkün qədər yaxın müddətdə keçirilməsi və Ümumdünya Əhali və Mənzil Siyahıyaalma Proqramını dəstəkləmək üçün tədbirlər görülməsi təklif olunur.


Bu qərarın göstəriciləri rəsmi olaraq uyğunlaşdıracağı gözlənilir.



Telegram kanalımız