2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında əsas kapitala yönəldilən investisiyaların həcmində ikirəqəmli artım qeydə alınıb.


“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə əsas kapitala investisiyalar 10,9 faiz artaraq 14 milyard 688,6 milyon manata çatıb.


Sərmayələrin böyük hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Həmin sektora yönəldilən investisiyaların həcmi 3,1 faiz artımla 9 milyard 813,4 milyon manat təşkil edib. Dördpendirli pizza


Cəlalə Cəlalqızı



Telegram kanalımız