Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.


"Yeni Sabah" bildirir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevlə görüşdə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğramasından danışıb.


"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir. pizza


Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik" - Kadırov qeyd edib. 



Telegram kanalımız