Bakının Xətai rayonunda yanğın başlayıb.


"Yeni Sabah" xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Toyuqlu pizza


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Əlavə məlumat veriləcək.



Telegram kanalımız