Mərkəzi Bank tərəfindən təsdiq edilmiş Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər vətəndaşlara deyil, sistemin iştirakçısı olan banklara və ödəniş təşkilatlarına tətbiq ediləcək.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.


Bildirilib ki, BKM sistemində emal olunan əməliyyatlara görə komissiyalar birbaşa iştirakçı institutlardan tutulacaq. Dördpendirli pizza


Qeyd edək ki, bu tariflər son istifadəçilərə, yəni vətəndaşlara birbaşa şamil olunmur.


Aytac Əliyeva



Telegram kanalımız