Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.
"Yeni Sabah" xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.
Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib. pizza mizza
Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.
Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız