Norveçdə hərbçilərin iştirakı ilə baş tutan genişmiqyaslı təlimlər zamanı ciddi təhlükəsizlik insidenti qeydə alınıb.


“Yeni Sabah” xəbər verir ki, sentyabrın 14-dən 18-dək Osloda keçirilən hərbi təlimlər zamanı hərbçilər Çinə məxsus "Volvo" şirkətindən icarəyə götürülmüş avtomobillərin gizli videoçəkiliş apardığını və məxfi görüntüləri yaddaşda saxladığını aşkarlayıblar.


Aşkarlanan materiallarda hərbçilərin avtomobillərə minib-düşməsi, hərəkət istiqamətləri, olduqları mövqelər və hətta hərbi obyektlərin məhdud girişli ərazilərinə daxil olmaq üçün istifadə edilən təhlükəsizlik kodlarının belə qeydə alındığı müəyyənləşdirilib. Pepperoni pizza


Təhlükəsizlik baxımından böyük risk yaratmasına baxmayaraq, sərəncamda alternativ nəqliyyat vasitələrinin olmaması səbəbindən Norveç hərbçiləri həmin avtomobillərdən istifadəni təlim müddətində davam etməli olublar. 


Nazim Hacıyev



Telegram kanalımız