“AFB Bank” 2026-cı ilin 3-cü rübünə olan pul vəsaitlərinin hərəkəti haqqında hesabatını elan edib. 


“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bankın əməliyyat fəaliyyəti üzrə cəlb etdiyi xalis pul vəsaitlərinin həcmi kəskin artaraq 53 milyon 7,38 min manata çatıb (ötən ilin müvafiq dövründə bu göstərici cəmi 1 milyon 538,36 min manat olmuşdu).


Bankda depozit portfelinin genişlənməsi xüsusilə diqqət çəkir; belə ki, rüb ərzində müştərilərin depozitləri və cari hesablarındakı vəsaitlər 143 milyon 573 min manat artıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (17,8 milyon manat) 8 dəfədən çox artım deməkdir. Marqarita pizza


Paralel olaraq, bank kreditləşməni də kəskin sürətləndirib və müştərilərə verilmiş kreditlərin xalis həcmində 123 milyon 41 min manatlıq artım qeydə alınıb (ötən il 46,8 milyon manat).


Bankın daxil olan faiz gəlirləri iki dəfədən çox artaraq 38,19 milyon manata, ödənilmiş faizlər isə 18,85 milyon manata yüksəlib, nəticədə “AFB Bank”ın dövrün sonuna olan pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 41 milyon 930,7 min manata çatıb.


Cəlalə Cəlalqızı



Telegram kanalımız