“Yelo Bank” 2026-cı ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 153 milyon 520.5 min manat (ötən ilin müvafiq dövründə 130 milyon 795.2 min manat olub), faiz xərcləri isə 61 milyon 296.8 min manat təşkil edib.
Bankın xalis faiz gəliri artaraq 87 milyon 726.7 min manata yüksəlib (ötən il 80 milyon 607.4 min manat idi). Pepperoni pizza
Qeyri-faiz gəlirləri 6 milyon 980.1 min manat, qeyri-faiz xərcləri isə 66 milyon 622.9 min manat olaraq qeydə alınıb.
Bütün xərc və gəlirlər çıxıldıqdan sonra bankın cari ilin üçüncü rübündə əldə etdiyi xalis mənfəət 17 milyon 256.8 min manat təşkil edib (ötən ilin müvafiq dövründə xalis mənfəət 24 milyon 824.8 min manat olub).
Cəlalə Cəlalqızı
Telegram kanalımız