Lənkəranda antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarəti olmadan toyuq kəsimi aparan sexin fəaliyyəti məhdudlaşdırılıb.


Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.


Agentliyin əməkdaşları Lənkəran rayonunun Girdəni kəndində Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçiriblər. pizza mizza


Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, diri quşların müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Həmçinin quşların antisanitar şəraitdə və baytarlıq-sanitariya nəzarətindən keçirilmədən kəsildiyi, məhsulların etiketlənmədiyi aşkarlanıb.


Faktla bağlı inzibati protokol tərtib olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Götürülən nümunələr laborator müayinələrə göndərilib.


Aytac Əliyeva



Telegram kanalımız