Qusar rayonunun İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb.


"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsinə görə rayon xstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Xəstəxanada pasiyentlərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin tətbiq olunub. pizza hut


Vəziyyətləri stabil qiymətləndirilən hər üç pasiyent ambulator müalicə üçün artıq evə buraxılıb.



Telegram kanalımız