Rusiya və Türkiyə ticari-iqtisadi və energetika sahələrində əməkdaşlığı fəallaşdırmağı, əsas ikitərəfli layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyi planlaşdırırlar.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) iki ölkənin XİN rəhbərləri Sergey Lavrov və Hakan Fidanın Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü çərçivəsində keçirilən görüşünün yekunlarına əsasən bildirilib.


"Əsas ikitərəfli layihələrin həyata keçirilməsinin gedişinə xüsusi diqqət yetirilməklə ticari-iqtisadi və energetika sahələrində əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı aktual vəzifələr ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub. Sezar pizza


Nazirlər həmçinin Rusiya və Türkiyənin beynəlxalq arenada, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində fəaliyyətlərinin koordinasiyasının vacibliyini təsdiq ediblər./Report



Telegram kanalımız