Rusiya nə Ermənistandan, nə də Azərbaycandan "Tramp Marşrutu" nəqliyyat layihəsində iştirak etmək üçün heç bir müraciət almayıb, lakin hər iki tərəf Moskvanın hazırlığından xəbərdardır.


"Yeni Sabah" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.


Nazirinin sözlərinə görə, Moskva dəfələrlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını, eləcə də Vaşinqtonda əldə edilən razılaşmanı alqışlayıb. Toyuqlu pizza


Lavrov Rusiyanın regional infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu qeyd edərək, Ermənistan dəmir yolu şəbəkəsinin Rusiyanın konsessiya idarəçiliyində olduğunu xatırladıb.


O, əlavə edib ki, Rusiya tərəfi regionun dəmir yolu infrastrukturu ilə yaxşı tanışdır və onun texniki xidməti rusiyalı mütəxəssislər tərəfindən həyata keçirilir.



Telegram kanalımız