Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 saylı Maştağa Xəstəxanasının doğum şöbəsi ilə bağlı şikayət var.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.


Şikayətçilər iddia ediblər ki, xəstəxanada həyata keçirilən keysəriyyə əməliyyatları zamanı anesteziya iynələrinin və digər preparatların xəstənin öz hesabına alınması tələb olunur. Dördpendirli pizza


Onların sözlərinə görə, tələb olunan tibbi vasitələr xəstəxanada mövcud olsa belə, əməliyyatdan əvvəl xəstə yaxınlarından həmin vasitələri almaqları istənilir.


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən açıqlamada səsləndirilən iddialar təkzib edilib:


"Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 saylı Maştağa Xəstəxanasının doğum şöbəsi ilə bağlı səsləndirilən tibbi ləvazimatların və inyeksiya vasitələrinin çatışmazlığı səbəbindən onların pasiyent yaxınlarına aldırılması barədə iddialar araşdırılıb, qeyd olunan hallar öz təsdiqini tapmayıb".


Məlumatda diqqətə çatdırılıb ki, doğum şöbəsində istifadə olunan dərman preparatları, inyeksiya vasitələri və digər zəruri tibbi ləvazimatlar müvafiq qaydada təmin edilir:


"Anesteziya zamanı istifadə olunan preparatların təchizatı da müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir.


Sabunçu Tibb Mərkəzi vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinə, pasiyent hüquqlarının qorunmasına və xidmət prosesində şəffaflığın təmin olunmasına xüsusi önəm verir".



Telegram kanalımız