"Ölkəmizə qarşı aparılan informasiya hücumları yolverilməzdir və qəbuledilməzdir. Hər şeydən öncə, biz, xüsusilə də qonşu dövlətlərlə konstruktiv münasibətlərin inkişafında hər zaman maraqlı olmuşuq, əməkdaşlığın genişləndirilməsi üçün təşəbbüslərlə çıxış etmiş, addımlar atmışıq. Bu gün Azərbaycan məktəblərdə və təhsil müəssisələrində təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması, sosial məsuliyyət hissinin gücləndirilməsi, ümumiyyətlə, sağlam və geniş dünyagörüşünə malik vətəndaşların yetişdirilməsi istiqamətində töhfə verəcək qərar qəbul edirsə, vahid məktəbli formasının tətbiqinə qərar verirsə, bu, Azərbaycanın daxili işidir".
"Yeni Sabah" xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında keçmiş deputat Elşad Mirbəşiroğlu bildirdi.
Siyasətçi vurğuladı ki, biz bu günə qədər heç bir ölkənin daxili auditoriyası çərçivəsində qəbul etdiyi qərarlara qarışmamışıq, onlarla bağlı mövqeyimizi bildirməmişik: Marqarita pizza
"Biz tərəfdaşlıq münasibətlərində olduğumuz, xüsusilə də əlaqələrin daim inkişaf etdirilməsində maraqlı olduğumuz dövlətlərin suverenliyinə və onların daxili işlərinə qarışmamaq prinsipinə çox həssas yanaşmışıq. Bu baxımdan, müxtəlif sosial şəbəkələr üzərindən ölkəmizə qarşı edilən hücumlar tamamilə əsassızdır və yolverilməzdir. Düşünürəm ki, bu hallardan istifadə edərək həm Türkiyə, həm də İranla münasibətlərimizin korlanmasına cəhdlər ola bilər. Bunu arzulayan qüvvələr mövcuddur. Bundan əlavə, bu məsələ informasiya təhlükəsizliyi problemini də gündəmə gətirir. Baş verən halların və onların aradan qaldırılması yollarının informasiya təhlükəsizliyinin bir istiqaməti kimi nəzərdən keçirilməli olduğunu düşünürəm. Ümumiyyətlə, biz bu cür hallara yol verilməməsinə çağırırıq".
E.Mirbəşiroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzli çıxış etməsinə belə münasibət bildirdi:
"Bunu kimin səsləndirdiyi və hansı ölkədən səsləndirildiyinin fərqi yoxdur. Bütün hallarda bir ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir. Bir daha qeyd edirəm ki, vahid məktəbli formasının tətbiqi təhsil mühitinin keyfiyyətinə müsbət təsir göstərir. Kontekstdən müəyyən məqamları çıxararaq onların üzərindən ölkəmizə qarşı hücumlar təşkil etmək yolverilməzdir. Bu səbəbdən hesab edirəm ki, kimliyindən və bu halların hansı ölkədə baş verməsindən asılı olmayaraq, Azərbaycana qarşı əsassız hücumlar qətiyyətlə pislənilir və yolverilməzdir".
Telegram kanalımız