Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.


"Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşür, bu faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib. Sezar pizza


Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 34 şagird və 1 müəllimə həlak olub.



Telegram kanalımız