Heyvanların yaşa görə kəsilməsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət dairəsinə aid olan bir məsələ deyil. Lakin mən, xüsusilə qeyd etmək istəyirəm ki, heyvanların qida məqsədilə erkən yaşda kəsilməsi düzgün deyil


"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.


"Agentlik olaraq hesab edirik ki, heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var ki, bu proses Azərbaycanda heyvanların sayının artırılmasına, o cümlədən iribuynuzlu heyvanların daha da çoxalmasına və kənd təsərrüfatının bu sahəsində məhsulların artmasına xidmət etsin", - Qoşqar Təhməzli vurğulayıb. pizza



Telegram kanalımız