Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov həmkarı Fazil Mustafanın yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı təklifinə reaksiyasını bildirib.


"Yeni Sabah" xəbər verir ki, S.Novruzov vurğulayıb ki, adıçəkilən Sabunçu ərazisində 15 mindən çox sakin yaşayır və ilk baxışda asan görünsə də, adların dəyişdirilməsi prosesi böyük maliyyə vəsaiti tələb edir.


Komitə sədrinin sözlərinə görə, belə bir dəyişiklik zamanı 15 min insanın şəxsiyyət vəsiqələri, küçə ünvanları, eləcə də qaz, işıq və su sayğaclarının qeydiyyat məlumatları yenilənməlidir. Pepperoni pizza


S.Novruzov qeyd edib ki, bu, sadəcə bir kənd rəhbərliyinin və ya tək bir təşkilatın həll edə biləcəyi məsələ deyil və proses çox böyük xərc tələb etdiyi üçün bütün bu amillər nəzərə alınaraq yalnız kompleks şəkildə həll olunmalıdır.


Nazim Hacıyev



Telegram kanalımız