Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Sənəd Mərkəzi Bankın (AMB) maliyyə institutlarına və maliyyə qruplarına nəzarət səlahiyyətlərinin kəskin genişləndirilməsini nəzərdə tutur.


​"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövri şəkildə qiymətləndirəcək.


​Maliyyə institutunun və ya onun daxil olduğu qrupun idarə edilməsində, benefisiar mülkiyyətçilərində, fəaliyyət növlərində, müştəri kontingentində və ya coğrafi əhatəsində əhəmiyyətli dəyişikliklər baş verdikdə, eləcə də əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 faiz və ya daha çox artım qeydə alındıqda bu qiymətləndirmə təkrar həyata keçiriləcək. Dördpendirli pizza


​AMB tərəfindən nəzarət tədbirlərinin dövriliyi və intensivliyi müəyyən edilərkən maliyyə institutlarının risk profilləri, onların daxil nəzarət mexanizmləri, ülke səviyyəsində mövcud olan çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri, eləcə də maliyyə qruplarının xüsusiyyətləri və sayı nəzərə alınacaq.


​Təklif edilən yeniliyə görə, Mərkəzi Bankın nəzarəti təkcə ayrı-ayrı maliyyə qurumlarına deyil, bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin və fondlarının daxil olduğu maliyyə qruplarına da şamil edilərək konsolidasiya olunmuş – yəni bütün qrupu əhatə edən formada həyata keçiriləcək.


​Bununla yanaşı, AMB nəzarət tədbirləri çərçivəsində maliyyə institutlarından və qruplardan yazılı sorğu əsasında lazımi sənəd və məlumatları tələb etmək hüququ qazanır, tələb olunan məlumatlar isə sorğuda göstərilən müddətdə təqdim edilməlidir.


​Sənəd parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.


Nazim Hacıyev



Telegram kanalımız