Rusiya məhkəməsi Yekaterinburqdakı "Azərbaycan-Ural" diaspor təşkilatını ləğv edib.
"Yeni Sabah" ura.ru-ya istinadla xəbər verir ki, "Azərbaycan-Ural" milli mədəni təşkilatının ləğv edilməsi barədə qərar Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində yerləşdirilib.
Təşkilat rəsmi olaraq 2023-cü ilin yanvar ayında qeydiyyata alınıb. Onun təsisçisi Şahin Şıxlinski Yekaterinburqda və Rusiyanın Sverdlovsk vilayətində yaşayan həmvətənlərimizə yardım və dəstək göstərmək üçün birlik yaradıb. pizza mizza
2025-ci ildə Rusiyada Azərbaycan diasporuna hücumlar zamanı Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb.
2026-cı ilin aprelində Şahin Şıxlinski sifarişli qətllərin təşkili və hüquq-mühafizə orqanı əməkdaşına güc tətbiq etmək ittihamı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib. Oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə həbsə göndərilib.
Telegram kanalımız