ABŞ-nin qalmqallı prezidenti Donald Tramp Ukrayna münaqişəsi və NATO-nun genişlənmə siyasəti ilə bağlı növbəti səs-küylü bəyanatla çıxış edib. 


“Yeni Sabah” xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlmək mümkün idi, lakin Qərb liderlərinin səhv addımlarının müharibəyə zəmin yaratdığını bildirib. Tramp çıxışında Qərbin xarici siyasətini kəskin tənqid edərək vurğulayıb:


"Putin də dəmir birisi deyil, onunla anlaşmaq mümkün ola bilərdi. Bayden və digər Qərb liderləri çox gözəl bilirdi ki, onlar 'NATO' dedikcə Rusiya bunu daha çox bəhanə edəcəkdi. Hər ölkənin öz ambisiyaları var. Putinə hücum üçün bəhanəni Qərb və Ukrayna özü verdi. Əgər sən Rusiya sərhədlərində baza qurursansa və 'NATO'nu Rusiya sərhədlərinə gətirirsənsə, şübhəsiz ki, Rusiya buna cavab verəcək". Sezar pizza


Məsələni paritet prizmasından qiymətləndirən eks-prezident təhlükəsizlik balansına diqqət çəkib:


 "Qərb yarımkürəsində Çin və Rusiya bazası ola bilməz. Biz buna imkan vermirik. Eyni məntiq də məhz Rusiya üçün keçərlidir. 'NATO'nun şərqə doğru genişlənməsi və bunun yüksək səslə bağırılması yanlış idi. Bu, Putinə çox gözəl bəhanə verirdi. Putinin hansı məqsədləri var, o pisdir və ya yaxşıdır — bunlar başqa mövzudur. Əsas məsələ məhz Putinin əlindən bəhanəni almaq idi. Bunu isə heç kim etmədi və ya etmək istəmədi.


Nazim Hacıyev



Telegram kanalımız