Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin İmişli rayonunda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul oktyabrın 22-si saat 10:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
Yeni Sabah" xəbər verir ki, görüşdə İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 21-dək qəbula yazıla bilərlər. Marqarita pizza
Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Telegram kanalımız