2027-2030-cu illərdə dövlət xərclərinin əsas istiqamətləri və milli xərc prioritetləri Prezidentin 24 avqust 2018-ci il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Bu prioritetlər "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və əsas çağırışlar nəzərə alınmaqla tərtib edilib. 


“Yeni Sabah” xəbər verir ki, həmçinin 2027-2030-cu illər üzrə yeni sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair növbəti Dövlət Proqramı təsdiq olunduqdan sonra bu istiqamətlər daha müfəssəl şəkildə əhatə olunacaq. Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi çərçivəsində qeyri-neft sənayesində artımın sürətlənməsi, rəqəmsal inkişaf və innovasiya sahələrinə investisiyaların artırılması, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, qiymət sabitliyi, ixrac coğrafiyasının şaxələndirilməsi, həmçinin sahibkarlığın stimullaşdırılması və kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində işlər davam etdirilir. Ölkənin enerji ixracı coğrafiyasının şaxələndirilməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə strateji tranzit qovşağın formalaşması, nəqliyyat-logistika marşrutlarının genişləndirilməsi və yükaşırma qabiliyyətinin artırılması geniş əməkdaşlıq formatı yaratmağa imkan verəcək. İqtisadi artımın dəstəklənməsi fonunda “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” proqramının layihəsi hazırlanmaqdadır.


Müvafiq dövlət proqramlarının (o cümlədən Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, kənd təsərrüfatı, balıqçılıq, akvakultura və turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramları) icrası dəstəklənəcək. Sənaye parkları və məhəllələrinin fəaliyyəti, dövlət investisiyalarının effektivliyinin artırılması, eləcə də dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində olacaq. Dördpendirli pizza



Telegram kanalımız