Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,45 milyon ABŞ dolları dəyərində 5 min 484 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.
"Yeni Sabah"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 15 % azdır.
Azərbaycan Gürcüstana 2,77 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,4 dəfə artıb) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1,59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (1 il əvvəl tədarük olmayıb) və Tacikistana 95,7 min ABŞ dolları dəyərində 119,7 ton (1 il əvvəl tədarük olmayıb) benzin satıb. Sezar pizza
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 2,89 milyon ABŞ dolları dəyərində (-95,5 %) 3 min 919 ton (-95,3 %) "Aİ-92" benzini idxal edib.
Azərbaycan Rusiyadan 2,56 milyon ABŞ dolları dəyərində (-94,7 %) 3 min 414 ton (-94,6 %) və İraqdan 328,3 min ABŞ dolları dəyərində 505,1 ton benzin alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib.
Telegram kanalımız