ABŞ Prezidenti Donald Tramp İranı nüvə silahı ilə deyil, güclü dağıdıcı təsirə malik bomba ilə vurmağı nəzərdən keçirdiklərini bildirib. O, İranın yeraltı nüvə obyektlərindən birinin də hədəfə alına biləcəyini deyib.


“Yeni Sabah” xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.ABŞ Müdafiə Nazirliyinin İranın enerji infrastrukturu və nüvə obyektlərinə hücum zamanı GBU-43/B bombasından istifadə etməyi planlaşdırdığı barədə iddialara münasibət bildirən Tramp bu silahın nüvə bombası olmadığını vurğulayıb.


Aparıcı Rob Finnerti Trampdan taktiki nüvə silahından istifadənin mümkün variantlar arasında olub-olmadığını soruşub. ABŞ prezidenti isə belə cavab verib: Marqarita pizza


“Xeyr, nüvə silahı deyil. Bu, bombaların anasıdır. Böyük bombadır, amma nüvə silahı deyil”.


Tramp İranın Pikaks dağı  ərazisində tikildiyi bildirilən yeraltı obyektin də hədəfə alına biləcəyini söyləyib.


“Hazırda Pikaks dağına baxırıq. Ora getməyimiz lazım gələ bilər. Oranı vurmağa çalışacağıq. Tezliklə məhv edəcəyik”, – deyə o bildirib.


Əməliyyatda quru qoşunlarının iştirak edib-etməyəcəyi ilə bağlı suala isə Tramp belə cavab verib: “Xeyr, bunun olacağını düşünmürəm”.


Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almağın vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələ həll olunmadan geri çəkilmək gələcəkdə yenidən hərbi əməliyyat keçirməyi zəruri edə bilər.


“Bunu edə bilərik. Amma belə etsək, bir il sonra bunu yenidən etməli ola bilərik. İranın heç vaxt nüvə silahına sahib olmasını istəmirik. Çünki düşünürəm ki, belə bir silaha sahib olsa, ondan dərhal istifadə edər”, – deyə ABŞ prezidenti bildirib.Tramp İranla müharibənin tezliklə başa çatacağını düşündüyünü deyib. O, tərəflər arasında danışıqların getdiyini və bunun neftlə benzinin qiymətlərinə də təsir göstərəcəyini bildirib.


ABŞ prezidenti İran rəsmilərinin ABŞ və İsrailin hərbi əməliyyatlarını dayandırmasını istədiklərini də iddia edib.


Əsmətxanım Rzazadə



Telegram kanalımız