Havaların soyuması Yunanıstanda təhlükəli virusun yayılmasının qarşısını almayıb. Ölkədə payız fəslində də yeni yoluxma halları qeydə alınır.
“Yeni Sabah” xəbər verir ki, Yunanıstanda oktyabrın ikinci həftəsində Qərbi Nil virusuna 9 yeni yoluxma halı aşkarlanıb, 2 nəfər isə virus səbəbindən həyatını itirib.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, 2026-cı ilin əvvəlindən oktyabrın 15-dək ölkə üzrə ümumilikdə 452 yoluxma halı qeydə alınıb.Ölənlərin sayı 49-a yüksəlib pizza hut
Oktyabrın 9-dan 15-dək aşkarlanan 9 yeni yoluxma ilə yanaşı, virusdan ölənlərin ümumi sayı 49-a çatıb. Qərbi Nil virusuna ən çox paytaxt Afina və ətraf əraziləri əhatə edən Attika bölgəsində rast gəlinir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız