Azərbaycanda fəaliyyət göstərən bir neçə kommersiya qurumu nizamnamə kapitalının azaldılması və ləğv olunması ilə bağlı rəsmi elan yayımlayıb.


“Yeni Sabah” xəbər verir ki, “MÜHƏNDİS İNŞAATÇI-4” şirkəti (VÖEN: 1400415171) nizamnamə kapitalını azaldaraq, yeni məbləğini hər biri 1 manat olmaqla 20 258,20 paydan ibarət 20 258,20 manat səviyyəsində müəyyən etdiyini açıqlayıb.


Eyni zamanda, iki xarici şirkətin ölkəmizdəki filialı ləğv olunduğunu elan edib. Bunlar ləğv edildiyini bəyan edən və kreditorlara iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 5, Azure Biznes Mərkəzi 20-ci mərtəbə ünvanına bildirməyi təklif edən “VİKİNG İNTERNATİONAL LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1701601701) və kreditor tələblərini iki ay ərzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55, “AGA Center” biznes mərkəzi, 7-ci mərtəbə, 701 №-li ofis ünvanında qəbul edən “Vertiv Güç Sistemleri Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialıdır (VÖEN: 1401593981). pizza sifarişi


Cəlalə Cəlalqızı 



Telegram kanalımız