2026-cı ildə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşları arasında iqtisadi dinamikanın fərqli istiqamətlərdə formalaşacağı gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, Türkiyədə sərt monetar siyasət daxili tələbi zəiflədərək artımı 2,9%-ə endirsə də, Rusiyada müharibə və faiz dərəcələri səbəbindən artımın 1,1%-ə düşməsi gözlənilir (buna baxmayaraq, zəruri ərzaq tələbatı riskləri məhdudlaşdırır). Digər tərəfdən, Gürcüstandakı 5,3%-lik və Özbəkistandakı 6,5–6,8%-lik yüksək iqtisadi fəallıq Azərbaycanın qeyri-neft məhsullarına olan tələbi artıraraq yeni ixrac fürsətləri yaradır.
Beynəlxalq təşkilatların (BVF, AİB, DB) proqnozlarına görə isə xam neft hasilatının azalması fonunda Azərbaycanda iqtisadi artım tədricən qeyri-neft sektoruna keçəcək və daha mülayim templərlə davam edəcək. pizza
Telegram kanalımız