Azərbaycan Beynəlxalq Bankı (ABB) 2026-cı ilin III rübünün sonuna olan növbəti maliyyə nəticələrini elan edib.


“Yeni Sabah” xəbər verir ki, ölkənin lider bankı aktivlərinin həcmini, kredit portfelini və depozit bazasını kəskin artıraraq maliyyə mövqeyini daha da gücləndirib.


Ötən ilin sonu ilə müqayisədə bankın cəmi aktivləri 13,626,903.15 min manatdan 16,117,578.42 min manata yüksəlib. Aktivlərin tərkibində nağd pul vəsaitləri və ekvivalentləri (bloklaşdırılmış vəsaitlər daxil olmaqla) 3,410,530.99 min manata (ötən il 2,504,161.32 min manat), digər banklardakı depozitləri 1,417,078.95 min manata (ötən il 486,616.99 min manat), əmlak və avadanlıqları 256,546.91 min manata (ötən il 211,837.86 min manat), digər aktivləri isə 889,998.90 min manata (ötən il 580,609.60 min manat) çatıb. Ticarət və investisiya qiymətli kağızları 2,934,753.38 min manat (ötən il 3,295,076.09 min manat), banklar və digər maliyyə institutlarına verilən kreditlər 14,647.78 min manat (ötən il 21,358.63 min manat), qeyri-maddi aktivləri 10,889.96 min manat (ötən il 12,543.92 min manat), balansdankənar aktivlər üzrə məqsədli ehtiyatı -578.44 min manat (ötən il -403.95 min manat), təxirə salınmış vergi aktivləri isə 0.00 min manat təşkil edib. Dördpendirli pizza


Müştərilərə verilmiş ümumi kreditlər 7,079,983.89 min manatdan 7,854,139.79 min manata çataraq böyüyüb. Kredit portfelinin tərkibində biznes kreditləri 3,801,753.16 min manata (ötən il 3,544,993.43 min manat), istehlak kreditləri 2,244,060.37 min manata (ötən il 1,984,240.22 min manat), daşınmaz əmlak kreditləri 1,808,326.26 min manata (ötən il 1,550,750.24 min manat), digər kreditlər isə 0.00 min manata bərabər olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar -670,429.80 min manata (ötən il -564,881.21 min manat) çatdıqdan sonra bankın müştərilərə verdiyi xalis kreditlərin həcmi 7,183,709.99 min manat (ötən il 6,515,102.68 min manat) olub.


Bankın cəmi öhdəlikləri 11,422,217.82 min manatdan 13,794,911.38 min manata qalxıb. Öhdəliklərin əsas hissəsini təşkil edən depozit portfeli 8,892,880.33 min manatdan 10,704,491.78 min manata yüksəlib ki, bunun da 4,145,081.18 min manatını fiziki şəxslərin (ötən il 3,404,277.20 min manat), 6,559,410.60 min manatını isə hüquqi şəxslərin depozitləri (ötən il 5,488,603.13 min manat) təşkil edib. Bundan başqa, bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 511,625.52 min manat (ötən il 459,563.30 min manat), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 1,766,454.68 min manat (ötən il 1,331,286.49 min manat), borc qiymətli kağızları 135,000.00 min manat (ötən il 100,000.00 min manat), cari vergi öhdəlikləri 37,778.40 min manat (ötən il 33,202.83 min manat), digər öhdəlikləri 639,561.00 min manat (ötən il 605,284.86 min manat), təxirə salınmış vergi öhdəliyi və subordinasiya borcları isə 0.00 min manat olub.


Hesabat dövründə ABB-nin cəmi kapitalı 2,204,685.33 min manatdan 2,322,667.04 min manata yüksəlib. Bankın səhmdar kapitalı 1,281,271.39 min manat, adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq 911.54 min manat səviyyəsində sabit qalıb. Bölüşdürülməmiş mənfəətin həcmi isə kəskin artaraq 621,278.89 min manatdan 773,656.20 min manata çatıb. Cəmi ehtiyatlar 266,827.91 min manat (ötən il 301,223.51 min manat) olub ki, bunun 76,407.00 min manatını kreditlər və lizinqlər üzrə adi ehtiyatlar (ötən il 99,585.61 min manat), 42,383.75 min manatını əsas vəsaitlərin qiymətləndirilməsindən ehtiyatlar (ötən il 42,438.44 min manat), 148,037.16 min manatını isə digər ümumi ehtiyatlar (ötən il 159,199.46 min manat) təşkil edib. Yekunda cəmi öhdəliklər və kapitalın cəmi 16,117,578.42 min manat (ötən il 13,626,903.15 min manat) səviyyəsində rəsmiləşib.


Cəlalə Cəlalqızı 



Telegram kanalımız