İlon Mask ABŞ Prezidenti Donald Trampa Ukraynanın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk internet şəbəkəsindən istifadəsini məhdudlaşdırmaqla bağlı xüsusi plan təklif edib. Mənbələrin verdiyi məlumata görə, Tramp bu təklifi bəyənərək razılıq verib və dərhal sonra Pentaqon müvafiq məhdudiyyətlərin tətbiqinə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, atılan bu addımlar nəticəsində "Starshield" adlı hərbi peyk şəbəkəsindən istifadə edən Ukrayna dronlarının sürəti kəskin şəkildə azalaraq təxminən 160 km/saata enib. Bu vəziyyət Ukrayna Qüvvələrinin təxminən iki dəfə daha sürətlə hərəkət edən Rusiya istehsalı reaktiv mühərrikli dronların və raketlərin qarşısını almaq cəhdlərini ciddi şəkildə çətinləşdirib.
Xatırladaq ki, daha əvvəl İlon Mask bu məhdudiyyətlərə görə məsuliyyəti boynundan ataraq qərarların Trampın göstərişi ilə birbaşa ABŞ hərbçiləri tərəfindən tətbiq edildiyini iddia etmişdi. Lakin mötəbər mənbələr, o cümlədən yüksək rütbəli avropalı rəsmi şəxs və iki ukraynalı nümayəndə təşəbbüsün birbaşa Maskdan gəldiyini və Ağ Ev rəhbəri ilə tam razılaşdırıldığını təsdiqləyiblər. Marqarita pizza
Nazim Hacıyev
Telegram kanalımız