Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton metanol (metil spirti) istehsal olunub.
Yeni Sabah xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,2 % azdır.
Oktyabrın 1-nə ölkədə 38,1 min ton hazır metanol məhsulu qalığı yaranıb. pizza
Qeyd edək ki, metanol Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal olunur. 2013-cü ildə istismara verilən zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir. Müəssisə 2017-ci ilin avqustunda şirkətin mülkiyyətinə keçib.
Zavod illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalda xammal kimi təbii qaz və duzsuzlaşdırılmış sudan istifadə olunur.
Telegram kanalımız