Premium Bank 2026-cı ilin üçüncü rübünə dair mənfəət və zərər hesabatını açıqlayıb. Bank ilin ilk doqquz ayını güclü maliyyə göstəriciləri və əhəmiyyətli mənfəət artımı ilə tamamlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bankın cəmi faiz gəlirləri 30,68 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (27,44 milyon manat) artım deməkdir. Faiz gəlirlərinin əsas hissəsini – 27,09 milyon manatını müştərilərə verilmiş kreditlər üzrə əldə olunan gəlirlər formalaşdırıb. Eyni dövrdə faiz xərcləri 8,80 milyon manat (o cümlədən depozitlər üzrə 6,82 milyon manat) olub ki, nəticədə Bankın xalis faiz gəliri 21,79 milyon manata çatıb.
İlin 9 ayı ərzində Premium Bank 14,35 milyon manat qeyri-faiz gəliri və 22,03 milyon manat qeyri-faiz xərci reallaşdırıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1,12 milyon manat ayrıldıqdan sonra Bankın dövr üzrə xalis mənfəəti 12,98 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 9,09 milyon manat səviyyəsində idi ki, bu da Bankın xalis mənfəətinin illik müqayisədə təqribən 43% artdığını göstərir. Marqarita pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız