Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini Anar Kərimov Tailandın paytaxtı Banqkok şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun (DBQ) İllik Toplantıları çərçivəsində beynəlxalq maliyyə institutlarının rəhbərləri və özəl sektor nümayəndələri ilə görüşüb.


“Yeni sabah” xəbər verir ki, A.Kərimov BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur və Fiskal Məsələlər Departamentinin direktoru Rodriqo Valdes ilə ayrı-ayrılıqda müzakirələr aparıb. Görüşlərdə 2026-cı ildə BVF-nin Nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrin nəticələri, Azərbaycanın makroiqtisadi və fiskal siyasətinin əsas istiqamətləri, eləcə də ortamüddətli dövrdə nəzərdə tutulan struktur islahatları diqqət mərkəzində olub. A.Kərimov makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, dövlət maliyyəsinin rəqəmsallaşdırılması və nəticə əsaslı büdcə planlaşdırılmasının tətbiqi istiqamətində görülən işləri vurğulayaraq BVF-nin texniki yardımının əhəmiyyətini qeyd edib.


Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti rəqəmsal dövlət həlləri sahəsində ixtisaslaşmış "FreeBalance" şirkətinin prezidenti və baş icraçı direktoru Manuel Schiappa Pietra ilə də bir araya gəlib. Görüşdə büdcə planlaşdırılmasının müasirləşdirilməsi, maliyyə məlumatlarının idarə edilməsi və şəffaflığın artırılması üçün rəqəmsal texnologiyaların tətbiqi imkanları nəzərdən keçirilib. pizza mizza


Bundan əlavə, nazir müavini Asiya İnkişaf Bankının (AİB) ABŞ-ni təmsil edən İcraçı direktoru, səfir Robert Sweeny və Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) vitse-prezidenti Ziya Əliyevlə görüşlər reallaşdırıb. Müzakirələrdə AİB ilə birgə layihələr, özəl sektorun inkişafı və dövlət-özəl tərəfdaşlığı məsələlərinə toxunulub, QDTİB ilə isə davamlı inkişafa töhfə verəcək yeni layihələrin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Telegram kanalımız