Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.


“Yeni Sabah” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.


Görüş oktyabrın 17-də Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası çərçivəsində baş tutub. pizza


Bildirilib ki, tərəflər regional və qlobal məsələləri, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.


Qeyd edək ki, İƏT Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası oktyabrın 17-18-də Bağdadda “Dialoq və həmrəylik – sülhə və dayanıqlı inkişafa dəstəyin iki əsas təməli” devizi altında keçirilir.

 



Telegram kanalımız